ABŞ-ın Miçiqan ştatında 12 yaşlı uşaq yanacaqdoldurma məntəqəsinə girərək silahla soyğunçuluq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yeniyetmə silahı kassirə doğruldaraq ondan çantaya pul qoymasını istəyib.
Kassirin “ciddisən” sualından sonra o, havaya atəş açıb. Silahın real olduğunu anlayan kassir pulla dolu çantanı oğlana verib. Çantanı götürən oğlan daha sonra sakitcə yanacaqdoldurma məntəqəsini tərk edib.
Kiçik oğlan daha sonra yanacaqdoldurma məntəqəsindən bir neçə məhəllə uzaqda gizlənərkən yaxalanıb.
Manşet.az