Rusiyanın Sankt-Peterburq şəhərində Pulkovo Beynəlxalq Hava Limanı "uçan naməlum obyekt" səbəbindən müvəqqəti olaraq bağlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pulkovo Beynəlxalq Hava Limanı saat 13.20-dək bağlanıb. Digər tərəfdən, uçuş izləmə saytlarının məlumatlarına görə, Sankt-Peterburqa uçan bir çox təyyarə marşrutunu dəyişməli və ya geri dönməli olub.
Uçuş izləmə saytlarında dərc edilən son məlumatlarda Sankt-Peterburqda uçuşların normallaşdığı bildirilib.
Manşet.az