Kiyev müharibədə qalib gəlməlidir, əks halda... - Litvanın müdafiə naziri

15:08 - 28 Fevral 2023

Kiyev müharibədə qalib gəlməlidir, əks halda... - Litvanın müdafiə naziri

Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib ki, bir çox müttəfiq ölkə son vaxtlar müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün tarixi qərarlar qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Anusauskas ölkəsinin qələbəyə nail olmaq üçün Ukraynanı güclü dəstəklədiyini bəyan edərək, "Litva Ukraynanın yanında olacaq. Kiyev bu müharibədə qalib gəlməlidir, əks halda bütün regionun təhlükəsizliyi təhlükə altına düşəcək" – deyib.

Litva hökumətinin müdafiə xərcləri ilə bağlı qəti addımlar atdığını vurğulayan Anusauskas, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3 faizinə çatmağı hədəflədiklərini qeyd edib.

Anusauskas Rusiyanın birbaşa və əhəmiyyətli uzunmüddətli təhlükə olduğunu vurğuladı və belə davam edib:

" Litva Kalininqrad və Belarusla həmsərhəddir. Rusiyanın Ukraynaya qarşı müharibəsi hərbi təhlükənin real olduğunu sübut edir. Rusiyanın aqressiv hərbi mövqeyi, Kalininqrad vilayətinin intensiv hərbiləşdirilməsi Rusiyanın hərbi sisteminə tam inteqrasiya olunmuş Belarus, Litva və region üçün həqiqətən ciddi təhlükə yaradır. Ona görə də NATO-nun çəkindiriciliyi və xüsusilə Baltikyanı ölkələrdə müdafiə mövqeyinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. NATO təhlükə halında dərhal cavab verməyə hazır olmalıdır”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az