Finlandiya ölkənin şərqində Rusiya sərhədində yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlanıldığını açıqlayıb.
Manset.az "Trt Haber"ə istinadən xəbər verir ki, bu haqda məlumatı Finlandiya Sərhəd Mühafizə Xidməti yayıb.
Verilən açıqlamada, söz mövzusu maneə tətbiqinin pilot mərhələdə olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, işlərə bu gün meşələrin təmizlənməsi ilə başlanılıb: "İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometrlik hasarın çəkilişinə başlanılıb. Mart ayında yol tikintisi və hasarın montajına başlanacaq. Daha sonra texniki işlər görüləcək. nəzarət sistemi ediləcək. Pilot tətbiqetmənin iyunun sonunda başa çatdırılması gözlənilir".
Məlumata görə, sözügedən layihə üçün hökumət tərəfindən ayrılan vəsait 70 kilometrlik sədd üçün istifadə olunacaq.
Jalə
Manşet.az