"Tesla" şirkəti İlon Maskı məhkəməyə verdi

10:22 - 01 Mart 2023

\"Tesla\" şirkəti İlon Maskı məhkəməyə verdi

"Tesla" şirkətinin bir qrup səhmdarı İlon Maskı və şirkət rəhbərliyini məhkəməyə verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məhkəmə iddiasında onlar avtopilotun effektivliyi və elektromobil idarə etməyin nə qədər təhlükəsiz olduğu barədə aldandıqlarını bildiriblər.

Səhmdarlar 2019-cu ilin fevralından 2023-cü ilin fevralına qədər "Tesla"nın qiymətli kağızlarını aldıqlarını və elektrik avtomobillərinin iştirakı ilə baş verən qəza xəbərləri və geri çağırma kampaniyası fonunda pul itirdiklərini qeyd ediblər. Buna görə də onlar Maskdan və firmanın nümayəndələrindən itkilərini - kompensasiya ödəməyi tələb edirlər.

Qeyd olunur ki, şirkət 362 758 avtomobili satışdan çıxarmaq qərarına gəldikdən sonra "Tesla"nın səhmlərinin qiyməti 5,7 faiz ucuzlaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az