Apple-ın böyük fabriki yandı - FOTO

12:48 - 01 Mart 2023

Apple-ın böyük fabriki yandı - FOTO

Apple şirkətinin Hindistandakı böyük fabriki yanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Apple Hindistanda kabel tədarükü üçün Foxlink ilə müqavilə bağlamışdı. Dünən şirkətin kabel fabrikində yanğın baş verib.

Kabel istehsalında istifadə edilən lif və süngər kimi yanar materiallar səbəbindən yanğın qısa zamanda bütün fabriki bürüyüb.

Yanğın nəticəsində fabrikin bir hissəsinin tamamilə dağılıb. Hadisə zamanı 10 istehsal xəttinə də ciddi ziyan dəyib. 750 nəfərin zərər çəkdiyi yanğında tələfat yoxdur.

Hadisənin səbəbi hələlik məlum deyil.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az