Türkiyədə “Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərə görə həbs edilən Adnan Oktarın malikanəsi satılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun villasını rusiyalı milyonçu Roman Abramoviç alıb.

Sözügedən malikanə İstanbul Çengelköy ərazisində yerləşir.

Abramoviç villanı almaq üçün 190 milyon lirə (təxminən 17 milyon 100 min AZN) ödəyib.
