İran Almaniyanın Tehrandakı səfirliyində iki diplomatı persona non-qrata elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi açıqlamada Almaniyanın Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
O, Berlin administrasiyasının “İranın daxili işlərinə müdaxiləçi və məsuliyyətsiz hərəkətlərindən” sonra ölkədəki 2 alman diplomatın persona non-qrata elan edildiyini və bu vəziyyətin Almaniya səfirinə çatdırıldığını bildirib.
İranın prioritetinin hər zaman qarşılıqlı hörmət çərçivəsində əlaqələri davam etdirmək olduğunu bildirən Kenani, "Bəzi partiyalar ölkəmizin prinsiplərini və milli suverenliyini görməzlikdən gəlmək istəsə, alternativ variantların müəyyən edilməsi qaçınılmazdır" – deyib.
Manşet.az