Rusiyada 6-cı sinif şagirdi məktəbdə Rusiyanın Ukraynanı işğal etməsi əleyhinə rəsm çəkdikdən sonra hakimiyyət onun atasını həbs edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şagirdin çəkdiyi rəsmdə Ukrayna və Rusiya bayraqları ilə yanaşı, “Müharibəyə yox” və “Ukraynaya qələbə” ifadələri yer alıb və ananın uşağını rus raketlərindən qoruması yer alıb.
Məktəbdəki rəsm müəllimi rəsm haqqında direktora məlumat verib. Günlər sonra rəsmi çəkən Moskalevanın atası sosial şəbəkədə etdiyi şərhə görə "Rusiya ordusunu aşağılamaqda" günahlandırılıb. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları məktəbdə Moskalevaya baş çəkiblər.
Təhlükəsizlik qüvvələri atanın sosial şəbəkədəki şərhləri ilə qızının çəkdiyi rəsm arasında əlaqə olduğu qənaətinə gəliblər. Atası, “Üç saat yarım ərzində mənə dedilər ki, uşağımı səhv böyüdürəm, onu əlimdən alıb məni həbs edəcəklər” - deyib.
Atası həbs olunduqdan sonra tək qalan 12 yaşlı Moskalevanın uşaq evinə aparıldığı bildirilib. Moskaleva atası azad edilənə və ya himayədar ailə tapılana qədər burada qalacaq.
Manşet.az