Almaniyanın xarici işlər naziri Annalena Baerbok Putinlə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baerbok açıqlamasında, "Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarına maraqlı deyil və bunu artıq hamı başa düşür", - bildirib.
Baerbok bəyan edib ki, Kreml rəhbərini razı sala biləcəyini düşünən hər bir ölkə onu sülhə aparmağın mümkünsüzlüyü məyusluqla başa düşdü:
“O, danışmaq istəmir, Ukraynanı məhv etmək istəyir... O, nə qoşunlarını geri almağa, nə də öldürməyi dayandırmağa hazır deyil”.
Nazirin sözlərinə görə, “140-dan çox ölkənin nümayəndəsi Rusiya prezidentinə müharibənin bütün dünyaya zərər vuracağını başa salmaq üçün dəfələrlə Moskvaya gedib, lakin Putinin onları başa düşəcəyinə dair ümidləri heç vaxt özünü doğrultmayıb.
Manşet.az