“Şimal axını” xətlərində partlayışların gizli qalmasına imkan verməyəcəyik - Rusiya

22:47 - 02 Mart 2023

“Şimal axını” xətlərində partlayışların gizli qalmasına imkan verməyəcəyik - Rusiya

Ötən il “Şimal axını 1” və 2-ci təbii qaz boru kəmərlərində baş verən partlayışların gizli qalmayacaq və hadisənin araşdırılması üçün mübarizə aparacağıq.
 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

G20 toplantısındakı bəyannamənin bütün xarici işlər nazirləri tərəfindən təsdiqlənmədiyini qeyd edən Lavrov Qərb ölkələrinin bu görüşdə Ukraynadakı vəziyyəti gündəmə gətirməyə çalışdıqlarını bildirib.

Qərb ölkələrinin Rusiyanı strateji cəhətdən məğlub etməyi hədəflədiklərini bildirən Sergey Lavrov beynəlxalq arenada hegemonluqlarını qorumağa çalışdıqlarını deyib.

Qərbin inkişaf etməkdə olan ölkələrə təzyiq etdiyini deyən Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə əməl olunmasının vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinkenin Mərkəzi Asiya səfərini dəyərləndirən Lavrov qeyd edib ki, təkcə amerikalılar deyil, avropalılar və ingilislər də inkişaf etməkdə olan regionda, xüsusilə MDB sahəsində fəaliyyətlərini artırırlar. Onlar Rusiya ilə yaxşı münasibətdədirlər. Hətta onun münasibətlərini saxlamaq üçün onun əleyhinə işlədiyini də gizlətmirlər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az