ABŞ-ın Kaliforniya ştatında güclü qar fırtınası - Fövqəladə vəziyyət elan edildi

22:58 - 02 Mart 2023

ABŞ-ın Kaliforniya ştatında güclü qar fırtınası - Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatında bir müddətdir davam edən qar fırtınası həyat şərtlərini çox çətinləşdirdiyi üçün fövqəladə vəziyyət elan edilib.

 

Manset.az xəbər verir ki, Kaliforniya qubernatoru Gavin Newsom ştatın çox hissəsində  çovğunla mübarizəni dəstəkləmək üçün fövqəladə vəziyyət elan edərək, Milli Qvardiyanın əməliyyatları dəstəkləməyə hazır olduğunu bildirib.

Ölkədəki hava şəraiti ilə bağlı məlumat verən "The Wheather Channel"-ın məlumatına görə, bəzi sakinlər və turistlər 1,5 metrdən çox qarın yağdığı Kaliforniyanın San Bernandino qraflığında qapalı qalıb.

ABŞ-da elektrik enerjisinin kəsilməsini izləyən "PowerOutage.us" saytına görə, ştatda 74,000-dən çox ev qış şəraiti səbəbindən elektrik enerjisinə qoşula bilmir.

Meteoroloqlar ölkənin şimal bölgələrində qış şəraitinin daha 8-10 gün davam edəcəyini, Arizona ştatını təsirləndirən qar fırtınası bu gündən etibarən Şimali Texası da əhatə edəcəyini qeyd ediblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az