Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəki Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyəti ilə görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Müttəki Avropa İttifaqı ölkələrindən Əfqanıstandakı səfirliklərini yenidən açmalarını istəyib.
Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Hafiz Ziya Əhməd Müttəkinin Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımi addımların atılmasının vacib olduğunu və Aİ ölkələrinin Kabildəki səfirliklərini yenidən açması üçün təşviq edilməli olduğunu söyləyib.
Manşet.az