Kiyev qüvvələri ilə birlikdə döyüşən Rusiya Könüllülər Korpusu (RDK) Rusiyada kəndlərə edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən sosial mediada yayılan videoda qrup, səhər saatlarında Ukrayna və Belarusla həmsərhəd olan Bryansk vilayətinin Suşani və Liyubachene kəndlərinə edilən hücumlarla bağlı bunları deyib:
“Biz Rusiya Könüllülər Korpusunun döyüşçüləriyik. Bu videonu Bryansk vilayətində çəkirik. Biz bura diversant kimi yox, vətəni azad etmək istəyən ordu kimi gəlmişik. Putinin cəlladlar və təcavüzkarlar ordusundan fərqli olaraq biz dinc insanlara qarşı döyüşmürük. Biz səni azad etməyə gəlmişik. Sizi silaha sarılmağa, qanlı Putin və Kreml rejiminə qarşı mübarizə aparmağa çağırırıq. Yaşasın RDK! Kreml tiranına ölüm!”.
Manşet.az