Davudoğlu da komandası ilə seçkini müzakirə edəcək

18:40 - 03 Mart 2023

Davudoğlu da komandası ilə seçkini müzakirə edəcək

Türkiyənin keçmiş baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu sabah komandası ilə iclas keçirəcək.

 

Manset.az xəbər verir ki, o, partiyanın sədr müavinləri ilə müxalifətin prezident postuna namizədini müzakirə edəcək.

İclasın sabah saat 11:00-da partiyanın qərargahında keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və bu gün millətçi İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Partiya sədri Meral Akşener CHP sədri Kemal Kılıçdaroğlunun namizəd olmasına razı olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az