Çin müdafiə xərclərini artırır

13:41 - 05 Mart 2023

Çin müdafiə xərclərini artırır

Çin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini cari il üçün 7,2 faiz artırmağı planlaşdırıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan Çinin ali qanunverici orqanı - Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında müzakirəyə çıxarılan büdcə layihəsində əksini tapıb. 

Sənədə əsasən, Çinin cari il üçün müdafiə xərcləri 1,554 trilyon yuan (təxminən 225 milyard ABŞ dolları) təşkil edəcək. Layihədə yuan ifadəsində müdafiə xərcləri artsa da, Çin milli valyutasının ABŞ dolları qarşısında dəyərinin nisbətən ucuzlaşması nəticəsində xərclər dollar ifadəsində ötən illə müqayisədə azalıb. Belə ki, ötən il 7,1 faizlik artımla müdafiə xərcləri 1,45 trilyon yuan (230 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az