Türkiyədə dağılmış binalara görə həbs edilənlərin sayı açıqlandı

22:51 - 05 Mart 2023

Türkiyədə dağılmış binalara görə həbs edilənlərin sayı açıqlandı

Türkiyədə zəlzələlər zamanı uçan yaşayış binaları ilə bağlı cinayət işi üzrə 247 nəfər həbs edilib.

 

Manset.az xəbər verir ki, təbii fəlakət zonasında yerləşən əyalətlərin prokurorluq orqanlarının qərarları ilə fevralın 6-dan indiyədək dağıdılmış binaların tikintisində iştirakda şübhəli bilinən 997 nəfər saxlanılıb.

 

Saxlanılanlardan 247-si həbs edilib, 322 şübhəli isə polis nəzarətinə verilib.

 

Bundan başqa, 198 şübhəlinin tutulması və 102 nəfərin həbsi üçün order verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az