Avstraliya sahillərində güclü zəlzələ baş verdi

09:51 - 06 Mart 2023

Avstraliya sahillərində güclü zəlzələ baş verdi

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə olub.

Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşadığı və işlədiyi Makkuari adasının subarktik tədqiqat stansiyası, həm də Avstraliya elmi-tədqiqat donanmasının limanı yerləşir.

Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və ölüm barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az