Fransanı sabah “qara gün” gözləyir

14:39 - 06 Mart 2023

Fransanı sabah “qara gün” gözləyir

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə sabah ölkə boyu keçiriləcək kütləvi tətillər və etirazlar səbəbilə “qara gün” gözləyir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın ən böyük həmkarlar ittifaqları, o cümlədən Ümumi Fəhlə Həmkarlar İttifaqı (CGT) sabah ümumi tətilə qərar verdikləri üçün həyat dayanma nöqtəsinə gələcək.

Başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla demək olar ki, bütün sektorlar tətilə qoşulacaq.

Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar xidmətlərində böyük fasilələr olacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq.

Ölkənin bayraq daşıyıcı hava yolu şirkəti AirFrance də fövqəladə hallar nəzərə alınmadığı təqdirdə 10 uçuşdan 2-nin ləğv ediləcəyini açıqlayıb.

Kəşfiyyat mənbələri başda paytaxt Paris olmaqla ölkə daxilində 1,5 milyona yaxın insanın küçələrə çıxacağını təxmin edərkən, həmkarlar ittifaqları bu rəqəmin daha da çox olacağını ifadə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az