Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclas zamanı müzakirə olunan əsas mövzu zəlzələ bölgəsindəki hazırkı vəziyyət olacaq.
Bununla yanaşı, iclasda ölkədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri məsələsi də qaldırılacaq.