Zəlzələ bölgəsində 488 min ev tikiləcək - Ərdoğan

23:03 - 06 Mart 2023

Zəlzələ bölgəsində 488 min ev tikiləcək - Ərdoğan

Türkiyənin zəlzələ bölgəsində 488 min yeni ev tikib vətəndaşlarımıza təhvil verəcəyik.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata açıqlamasında bildirib.

O deyib ki, mövcud plana əsasən, tikiləcək binaların 405 mini yaşayış yeri, 83 mini isə kənd evi olacaq.

“Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, - deyə Ərdoğan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az