Rusiyadan Baxmutla bağlı AÇIQLAMA

16:41 - 07 Mart 2023

Rusiyadan Baxmutla bağlı AÇIQLAMA

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi rəsmilərlə görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynada başlatdıqları “xüsusi hərbi əməliyyat”ın davam etdiyini qeyd edən Şoyqu, Rusiya ordusunun Donetsk və Kupyanskda hücumları nəticəsində Nikolayevka, Dvoriçna, Krasnaya Qora, Qryanikovka və Paraskoviyevka yaşayış məntəqələrinin nəzarətə götürüldüyünə diqqət çəkib.

Toqquşmaların Baxmut şəhərini nəzarət altına almaqda davam etdiyini bildirən Şoyqu, "Artyomosvkun (Baxmut) azad edilməsi prosesi davam edir. Bu şəhər Donbasdakı Ukrayna qüvvələri üçün əhəmiyyətli bir müdafiə nöqtəsidir. Bu şəhərin nəzarətə götürülməsi Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinə qədər hücum hərəkətlərinin təşkilinə imkan verəcək” - deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az