Belarus prezidenti Aleksandr Lukaşenko dövlət qulluqçuları ilə bağlı yeni fərman imzalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lukaşenko dövlətə xəyanət edən məmurların edam edilməsi və müxtəlif cəzalar haqqında fərman imzalayıb. İmza ilə fərman genişləndi.
Belarus prezidentliyi portalında dərc olunan fərmana əsasən, Belarus dövlətinə xəyanət edən məmurlara müxtəlif cəzalar, xüsusilə də ölüm cəzası tətbiq oluna bilər.
“Cinayət məsuliyyəti haqqında qanuna dəyişiklik edilməsi haqqında” fərmana əsasən, ekstremist və dövlət əleyhinə mübarizə çərçivəsində qəbul edilən qərarlar Belarusda xidmət edən bütün dövlət qulluqçularına şamil ediləcək.
Fərmanda dövlətə nəzarəti ələ keçirməyə cəhd etmək, casusluq etmək, informasiya sızdırmaq, müxtəlif sui-qəsdlər hazırlamaq, terror təbliğatı aparmaq, Silahlı Qüvvələri, digər birlik və hərbi birləşmələri, hərbiləşdirilmiş strukturları gözdən salmaq və dövlət sərhədlərinin qorunması tələbini yerinə yetirməyənlər “dövlətə xəyanət” maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Lukaşenkonun imzaladığı fərmana əsasən, Belarus məhkəmələrinin qərarı ilə, bu cinayətlərdə təqsirli bilinən dövlət qulluqçuları edam oluna, həbs oluna və ya cərimələnə bilərlər.
Manşet.az