Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 minə çatıb.
Manset.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Hazırda bu rəqəm 47 932 nəfər təşkil edir.
***17:39
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayə 47 min nəfəri keçib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O, bildirib ki, zəlzələ nəticəsində 115 min nəfərdən artıq insan yaralanıb.