İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil - Səudiyyə Ərəbistanı

11:38 - 13 Mart 2023

İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil - Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İranla bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Feysəl bin Fərhan deyib ki, İranla diplomatik münasibətlərin bərpası haqqında razılaşma “bütün məsələlərin həll olunduğu anlamına gəlmir”.

O, iki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını qeyd edərək, gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirilə biləcəyini də bildirib.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az