İraqın Terrorla Mübarizə Bölməsinin rəhbəri general-leytenant Əbdülvəhhab əs-Səidi birgə əməliyyatlar komandirinin müavini Kays əl-Məhəmmədavi ilə əməliyyatla bağlı mətbuat konfransı keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iclasda çıxış edən Səidi, Ənbarda keçirdikləri əməliyyatda aralarında Fəllucədən məsul olduğu iddia edilən 22 İŞİD üzvünün öldürüldüyünü bildirib.
O, əməliyyatın davam etdiyini qeyd edib.
Manşet.az