Bu mövzuda ABŞ ilə razılığa gəldik - İran

12:27 - 13 Mart 2023

Bu mövzuda ABŞ ilə razılığa gəldik - İran

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-la əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiklərini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ ilə əsir mübadiləsi mövzusunda razılığa gəldiklərini qeyd edən Abdullahiyan, "Bu yaxınlarda razılığa gəldik və Amerika tərəfində hər şey yaxşı olarsa, düşünürəm ki, qısa müddətdə məhbus mübadiləsinə şahid olacağıq" – deyib.

O, məhbusların mübadiləsini “tamamilə humanist vəziyyət” kimi qiymətləndirdiklərini deyib:

"Ötən ilin martından ABŞ-la dolayı danışıqlar yolu ilə sənəd imzalanıb və təsdiqlənib. İndi onun həyata keçirilməsi üçün zəmin hazırlanıb. Bizim üçün hər şey hazırdır, Amerika tərəfi texniki koordinasiyanı tamamlamaq mərhələsindədir".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az