Lavrov iranlı həmkarı ilə regional məsələlərdən danışdı

23:00 - 13 Mart 2023

Lavrov iranlı həmkarı ilə regional məsələlərdən danışdı

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında bazar ertəsi telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.

"İkitərəfli gündəlikdə duran bir sıra məsələlər müzakirə edilib. Tərəflər Rusiya-İran çoxşaxəli əməkdaşlığının inkişafında müsbət dinamikanın gücləndiyini qeyd ediblər. Ölkələrimizə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ticarətin rekord səviyyədə olmasından məmnunluq ifadə olunub.

XİN rəhbərləri aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Yaxın koordinasiyanın davam etdirilməsində, o cümlədən iki nazir arasında gözlənilən görüşlər çərçivəsində qarşılıqlı maraq təsdiq edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az