Bir il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Ukraynada törədilmiş hərbi cinayətlərə görə ilk həbs orderini verməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BCM prokuroru Kərim Xan insanlığa qarşı cinayətlər və soyqırımla bağlı apardığı istintaq çərçivəsində hansı şəxslərin həbs ediləcəyi ilə bağlı açıqlama verməsə də, Rusiya lideri Vladimir Putinin həbsinə order verilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Hələ hüquqi baza yaradılmasa da, əvvəlki nümunələr göstərir ki, Putin həm də məhkəmə məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər.
Digər tərəfdən, Ukraynada hərbi cinayətlər törətdiyini qəti şəkildə inkar edən Rusiya, qəsdən mülki insanları hədəf almadığını və Ukraynadan könüllü olaraq qaçmaq istəyənlərə humanitar yardım təklif etdiyini iddia edir.
Hüquqi boşluq səbəbindən Rusiyaya qarşı hücum iddiasına BCM-də baxılmayacağı düşünülür. Bununla belə, Ukrayna və ona dəstək verən dövlətlərin iradəsi ilə xüsusi məhkəmənin yaradıla biləcəyi düşünülür.
Manşet.az