"KTMT Ermənistandan çıxır" - Nikol Paşinyan

13:02 - 14 Mart 2023

\"KTMT Ermənistandan çıxır\" - Nikol Paşinyan

“Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan çıxır”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib.

N.Paşinyan söyləyib ki, 2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi: “Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan çıxmasıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az