Hicri Şəmsi təqvimi ilə ilin axır çərşənbə gecəsi keçiriləcək “Çərşənbə Suri” şənliklərində İranda “terror və təxribat aktları” hazırlamaqda günahlandırılan çox sayda insan saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Kəşfiyyat Nazirliyindən verilən açıqlamada ilin axır çərşənbəsində qeyd olunan şənlik kimi tanınan “Çərşənbə Suri”sində “terror və təxribat törətməyi hədəfləyən” çox sayda adamın həbs edildiyi bildirilib.
Məşhəd şəhərində Xalq Mücahidləri Təşkilatına bağlı qrupa qarşı təşkil edilən əməliyyatda 300 əl istehsalı partlayıcının ələ keçirildiyi, ölkənin qərbində təxribat hərəkətləri planlaşdırmaqda günahlandırılan İraq Kürd Regional Rəhbərliyi (İKRG) mərkəzli İKDP ünsürlərinə qarşı keçirilən əməliyyatda çoxlu sayda adam saxlanılıb.
Manşet.az