Pandemiyanın başlanğıcından bəri sərhədlərini xarici turistlər üçün bağlayan Çin bu gündən etibarən sərhədlərini açır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2020-ci ildə həyatımıza girən koronavirus pandemiyasından sonra sərhədlərini xarici turistlərə bağlayan Çin, 3 ildən sonra ilk dəfə sərhədlərini turistlərə açacağını açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi turizm vizası, liman vizası və çoxsaylı viza azadlığı siyasətləri daxil olmaqla, əcnəbilər üçün bütün növ vizaların verilməsini bərpa edəcəklərini bəyan edib.
28 Mart 2020-ci il tarixindən əvvəl verilmiş və etibarlılıq müddəti olan vizası olan şəxslərin də ölkəyə daxil ola biləcəyi bildirilib.
Manşet.az