“YouTuber” deputatın mandatı ləğv edildi - SƏBƏB (FOTO)

15:41 - 15 Mart 2023

“YouTuber” deputatın mandatı ləğv edildi - SƏBƏB (FOTO)

Yaponiyada "GaaSyy" kimi tanınan həm siyasətçi, həm də YouTuber olan Hiqaşitani Yoşikazu heç vaxt parlament iclaslarına qatılmadığı üçün mandatı ləğv edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın İctimai Televiziyası “Nihon Housou Kyokai” (NHK) əleyhinə apardığı siyasətlə tanınan “Anti-NHK Partiyası”nın deputatı Hiqaşitani seçiləndən bəri parlamentdə olmayıb.

Ötən həftə parlamentdə üzr istəmək hüququndan istifadə etməyən GaaSyy “nizam-intizamı pozduğu” əsası ilə parlamentin intizam komitəsinə göndərilib.

İclaslarda iştirak etməməklə yanaşı davranışına görə birbaşa deputatlar qarşısında üzr istəməyən GaaSyy ən ciddi qınaqla üzləşib.

Hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi Hiroşiqe Seko açıqlamasında deyib ki, demək olar ki, bütün siyasi qruplar GaaSyy-ın ölkədən çıxarılmasının lehinə səs verib. Parlamentin bəyanatına əsasən, 2022-ci ilin iyulunda seçildiyi vaxtdan bəri yapon YouTuber maaş və əlavə ödənişlərdən ümumilikdə 19 milyon yen (140.000 dollar) qazanıb.

GaaSyy instaqramda açıqlama verərək seçkidən əvvəl Birləşmiş Ərəb Əmirliklərində yaşadığını bildirib. Parlamentin üzr istəmə dəvətinə ilk olaraq əməl edəcəyini bildirən GaaSyy, Yaponiyaya qayıtmağa hazırlaşdığını açıqlayıb. Lakin ölkəyə qayıtmaq əvəzinə göndərdiyi video ilə üzr istəyən GaaSyy-ın bu hərəkəti parlamentdə sərt reaksiyaya səbəb olub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az