Sergey Şoyqu amerikalı həmkarı ilə telefonla danışdı

13:59 - 16 Mart 2023

Sergey Şoyqu amerikalı həmkarı ilə telefonla danışdı

Rusiya Müdafiə Nazirliyi bildirib ki, müdafiə naziri Sergey Şoyqu və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qara dənizdə qəzaya uğrayan PUA ilə bağlı telefon danışığı həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müzakirə zamanı Rusiya tərəfi ABŞ PUA-nın uçuşunu “təxribat”, ABŞ tərəfi isə Rusiya tərəfinin hərəkətlərini “təhlükəli və ehtiyatsızlıq” kimi qiymətləndirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada telefon danışığının “ABŞ tərəfinin təşəbbüsü ilə” edildiyi vurğulanıb.

“ABŞ pilotsuz təyyarəsinin Qara dənizdə qəzaya uğraması nəticəsində baş verən hadisənin səbəbləri və nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Şoyqu hadisənin səbəbinin ABŞ-ın xüsusi hərbi əməliyyat keçirməsi ilə əlaqədar Rusiya Federasiyasının elan etdiyi uçuşların məhdudlaşdırılması zonasına əməl etməməsi olduğuna diqqət çəkib. ABŞ PUA-nın uçuş marşrutunun “təxribatçı” olduğu və sözügedən hərəkətin Qara dəniz bölgəsində gərginliyin artmasına səbəb olacaq ilkin şərtlər yaratdığı bildirilib”.

Görüşlə bağlı Pentaqondan verilən açıqlamada Rusiyanın hərəkətlərinin "təhlükəli və ehtiyatsız" olduğu bildirilib.

“Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla Rusiya Hərbi Hava Qüvvələrinin Qara dəniz üzərində beynəlxalq hava məkanında son vaxtlar qeyri-peşəkar, təhlükəli və ehtiyatsız davranışı barədə danışıb. Ostin vurğulayıb ki, Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa və fəaliyyət göstərməyə davam edəcək”.

Ostin və Şoyqu arasında baş tutan telefon danışığından sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Baş Qərargah rəisi Mark Milley arasında da telefon danışığı keçirilib. Generalların görüşünün məzmunu ilə bağlı əlavə açıqlama verilməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az