İngiltərədə 31 yaşlı şəxs hər zaman getdiyi marketin kartının QR kodunu qoluna tatuaj etdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin şəxs 2022-ci ilin iyul ayından bu yana təxminən 37 AZN dəyərində xal toplayıb.
O, öz qolunun şəklini dostlarına göndərir və onlardan da bu “kart”dan istifadə etmələrini istəyir.
Ən azı ilin sonuna qədər ailəsinin Milad şam yeməyinin pulunu ödəməyi planlaşdıran Din Mayheu bundan peşman olmadığını bildirir.
Manşet.az