Fransada kütləvi tətillərə səbəb olan islahat Senatda təsdiqləndi

15:17 - 16 Mart 2023

Fransada kütləvi tətillərə səbəb olan islahat Senatda təsdiqləndi

Yanvarın 10-da məzmunu açıqlanandan bəri Fransada kütləvi tətillər və etirazlara səbəb olan mübahisəli pensiya islahatı Senatda qəbul edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsinin yekun mətni ikinci dəfə Senatda müzakirəyə çıxarılıb.

Pensiya islahatları haqqında qanun layihəsi Senatda 193 lehinə, 114 əleyhinə səslə qəbul edilib. 38 senator bitərəf qalıb.

Qanun layihəsi parlamentin digər qanadı olan Milli Assambleyada yerli vaxtla saat 15.00-da müzakirəyə çıxarılacaq.

Yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az