Mirzoyanın Rusiyaya səfər tarixi açıqlandı

17:41 - 16 Mart 2023

Mirzoyanın Rusiyaya səfər tarixi açıqlandı

“Martın 20-si Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib. 

Onun sözlərinə görə, nazirlər görüş zamanı üçtərəfli razılaşmaların icra edilməsi kimi regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, bir müddət əvvəl A.Mirzoyanın Rusiyaya səfər edəcəyi açıqlanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az