ABŞ-ın aptek şəbəkələri və yerli hökumət orqanları tərəfindən 2021-ci il martın 1-dən bu yana 15,1 milyon doza koronavirus peyvəndi zibilə atılıb.
Belə ki, “Walgreens” şirkəti 2,6 milyon, CVS şirkəti 2,3 milyon, “Walmart” 1,6 milyin, “Rite Aid” isə 1,6 milyon doza peyvənddən istifadə etmədiyini açıqlayıb.
Manşet.az xəbər verir ki, bundan əlavə bir sıra ştatların səhiyyə nazirlikləri tərəfindən də peyvəndlər istifadə olunmadan atılıb.