NATO-dan xəbərdarlıq: " Taliban" sözünə əməl etmədilər

08:15 - 09 Sentyabr 2021

NATO-dan xəbərdarlıq: \" Taliban\" sözünə əməl etmədilər

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziri Hayk Maasla görüşüb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Stoltenberq görüşdən sonra bəzi açıqlamalar verib.

 

Alyansın Baş katibi “Taliban”ın insan haqları, terror, Əfqanıstanı tərk etmək istəyənlərin təhlükəsiz şəkildə ölkədən ilə bağlı verdiyi sözlərə əməl etməli olduğunu vurğulayıb.

 

Stoltenberq NATO-nun bu ölkədə mövcudluğunun onilliklər ərzində regional təhlükəsizliyi və sabitliyi yaxşılaşdırdığını bildirib. O, gələcəkdə Əfqanıstanda terrorçu qrupların yenidən qurulmasına icazə verilməməli olduğunu qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az