ABŞ-ın Havay adalarında Kilauea vulkanında püskürmə baş verib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidmətinin və Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlanğıcını göstərən parıltılar aşkar edilib.
Püskürmənin başladığı yerin Halemaumau vulkanında əmələ gələn çatlardan müəyyən edildiyi bildirilib.
Havay Fövqəladə Hallar İdarəsi, yaşayış məntəqələrinin təhlükə altında olduğuna dair heç bir əlamət olmadığını bildirib.
Manşet.az