Dünyanın ən böyük hava limanı burada tikiləcək - 33 milyard dollar

17:28 - 08 İyun 2023

Dünyanın ən böyük hava limanı burada tikiləcək - 33 milyard dollar

Dubayda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri tərəfindən dünyanın ən böyük hava limanı tikiləcək.

 

Manset.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurasının mətbuat xidməti hava limanının dizaynını paylaşıb.

Layihənin dəyərinin isə 33 milyard dollar (56 milyard 10 milyon manat) olduğu bildirilib.

Əl Maktum Beynəlxalq Hava Limanının Dubai World Central-da yerləşəcəyin nəzərdə tutulub.

Tikinti işlərinin 2030-cu ilə qədər başa çatdırılması gözlənilən Əl Maktum Beynəlxalq Hava Limanında logistika mərkəzi, dəbdəbəli qolf obyekti, 3 milyon kvadratmetr sərgi sahəsinə malik ticarət toplantı mərkəzi, otel və yaşayış yerlərinin olması planlaşdırılır.

Onun 2050-ci ilə qədər illik 255 milyon sərnişin tutumu ilə dünyanın ən böyük hava limanı olması gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az