Tramp təcavüz işi üzrə yeni dinləmə tələb etdi

16:20 - 10 İyun 2023

Tramp təcavüz işi üzrə yeni dinləmə tələb etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı Elizabet Cin Kerrolla qarşı cinsi təcavüz iddiası ilə bağlı dinləmənin yenidən keçirilməsini tələb edib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, 2024-cü il prezidentlik kampaniyası zamanı namizəd olmaq istəyən Donald Tramp ona qarşı sürülən iddiaları təkzib edərək məhkəmənin qərarına etiraz edib.

Keçən ay Manhettendə keçirilən məhkəmədə Donald Tramp hakimlər heyəti tərəfindən cinsi istismar və böhtanda günahkar bilinib. Onun 5 milyon dollar təzminat ödənməsinə qərar verilib.

Manhetten Federal Məhkəməsinə təqdim edilən sənəddə isə Trampın vəkilləri məhkəmə tərəfindən iddianın şişirdildiyini bildiriblər. Vəkillər hakimlərin Kerrollun təcavüzə uğramadığı qənaətinə gəldiyini, yazıçının iddia etdiyi hadisənin ona hər hansı psixoloji zərər verdiyinin sübuta yetirilmədiyini qeyd ediblər. Onlar əlavə edib ki, təhqir iddiası ilə bağlı "2,7 milyon dollarlıq təzminat qərarı yalnız fərziyyələrə əsaslanır".

Qarşı tərəfin vəkili isə Trampın müdafiəsinin “qüsurlu olduğunu" bildirib.

Qeyd edək ki, yazıçı Cin Kerrollun 2022-ci ildə açdığı məhkəmə iddiasına əsasən Donald Tramp 1990-cı illərin ortalarında Nyu Yorkdakı Berqdorf Qudman adlı mağazanın soyunub-geyinmə otağında ona təcavüz edib. Kerroll bildirib ki, Tramp hadisəni inkar edərək onu təhqir edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv