Ankara valisindən partlayışla bağlı AÇIQLAMA

17:00 - 10 İyun 2023

Ankara valisindən partlayışla bağlı AÇIQLAMA

İlkin qiymətləndirməyə görə, səhər 8.45 radələrində Almadağ fabrikimizin dinamit hazırlama hissəsində kimyəvi reaksiya nəticəsində partlayış baş verib.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ankara valisi Vasif Şahin bu gün Ankarada hərbi müəssisədə baş verən partlayış haqda danışarkən deyib.

“Təəssüf ki, orada çalışan 5 işçimiz dünyasını dəyişdi. Allahdan onlara rəhmət diləyirəm. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. Daha dəqiq və geniş məlumat gələndən sonra ətraflı açıqlama verəcəyik. Dağıntılar altında olan hər kəs çıxarılıb”, - Şahin bildirib.

Qeyd edək ki, Ankarada yerləşən maşınqayırma və kimya sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodunda səhər saatlarında partlayış baş verib. Hadisə nəticəsində 5 işçi həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az