Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı

18:13 - 10 İyun 2023

Ərdoğanın ölkəmizə səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana rəsmi səfərə gələcək. 

 

Manset.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğanın ölkəmizə səfər proqramı açıqlanıb.

Ərdoğan səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

İkitərəfli münasibətlər istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az