Əfqanıstan-Pakistan sərhədində atışma - Ölənlər var

14:23 - 11 İyun 2023

Əfqanıstan-Pakistan sərhədində atışma - Ölənlər var

Əfqanıstan-Pakistan sərhədində silahlı atışma olub, ölənlər var.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu hücuma görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Həyata keçirilən tədbirlər çərçivəsində silahlılara məxsus sursat anbarı aşkar olunub.

Atışma zamanı 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az