Krımda dəmiryolu xətti PARTLADILDI

00:02 - 12 İyun 2023

Krımda dəmiryolu xətti PARTLADILDI

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında dəmiryolu xətti parladılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, Krımın Kirovski rayonunda baş verən partlayış nəticəsində dəmiryolu relsləri sıradan çıxıb və qatarların hərəkəti dayandırılıb. Moskva tərəfindən Krıma "rəhbər" təyin edilən Sergey Aksenovun sözlərinə görə, hadisə zamanı heç kim xəsarət almayıb.

"Baza" teleqram kanalının məlumatına görə, saat 16 radələrində yük qatarı hərəkət edərkən dəmiryolunda partlayış baş verib. Məlumatda qeyd olunub ki, lokomotiv maşinisti təcili əyləci tətbiq edə bilib. Partlayış nəticəsində kabinənin şüşələri sınıb, sürücünün özü xəsarət almayıb.

“112” Telegram kanalı isə yazıb ki, iki işçi qəlpələrdən yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az