Daha bir yaşayış məntəqəsinə Ukrayna bayrağı sancıldı

10:12 - 12 İyun 2023

Daha bir yaşayış məntəqəsinə Ukrayna bayrağı sancıldı

Ukrayna müdafiəçiləri Donetsk vilayətində irəliləməyə davam edir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadası Donetsk vilayətinin Strojevoe kəndini azad etdiklərini açıqlayıb.

Məlumata görə, qəsəbə 2022-ci ilin martından işğal altındadır.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Qəsəbənin işğaldan azad edilməsini Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az