Dünən Cənubi Koreyanın paytaxtı Seulda ağılları kəsən hadisə baş verib.
Manset.az "Haber Global"-a istinadən xəbər verir ki, Britaniya milli azad alpinist Corc Kinq-Tompson 555 metr hündürlüyü ilə dünyanın 5-ci ən hündür binası kimi tanınan 123 mərtəbəli Lotte World Tower-ə avadanlıqsız qalxmağa cəhd edib.
42-ci mərtəbədəki asayiş keşikçisi Tompsonun binanın fasadına qalxdığını gördükdən sonra polisə və yanğınsöndürənlərə məlumat verilib. Hadisəyə müdaxilə edən Songpa Yanğından Mühafizə İdarəsi, şəxsin yerli vaxtla saat 07:56-da binanın fasad baxımı üçün istifadə edilən platformaya aparılaraq xilas edildiyini açıqlayıb. 72-ci mərtəbəyə çıxmağı bacaran 24 yaşlı Tompson yanğınsöndürənlər tərəfindən dayandırıldıqdan sonra polis tərəfindən nəzarətə götürülüb və hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.
Sosial media vasitəsilə dünyaya dırmaşdığını elan edən Kinq-Tompson 2019-cu ildə ölkəsinin ən hündür göydələni olan The Shard-a dırmaşdıqdan sonra saxlanılıb.
Jalə
Manşet.az