Belçikada yaşayan 45 yaşlı kişi ailəsinin onunla əlaqəsini kəsdiyi üçün qeyri-adi plana əl atıb.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, adamın özünü ölü kimi göstərərək dəfn mərasimi keçirən görüntüləri gündəm olub.
45 yaşlı kişinin qohumları və yaxınları yas tutmağa toplaşarkən, Baerten kirayə götürdüyü helikopterlə cənazə meydanına enib.
Dəfn mərasiminin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılsa da, bəzi istifadəçilər bunun “acılı bir zarafat” olduğunu bildirib.
Manşet.az