Kolumbiyada bir fəal özünü dinozavr kimi təqdim edərək konqresin iclasını yarımçıq dayandırıb.
Manset.az “CNN Türk”ə istinadən xəbər verir ki, o, konqresi diqqəti iqlim dəyişikliyinə cəlb etməyə çağırıb.
Əlindəki pankartla fəal mədən yanacaqlarından istifadənin dayandırılmasına və Kolumbiyada kömür qazı və şist neftinin çıxarılması üçün istifadə edilən hidravlik qırılma metoduna qadağa qoyulmasına çağırıb.
Manşet.az